Silverstoundakı cümə günündən sonra bolid haqqında o qədər də ümidverici danışmayan Corc Rassell sıralanma turunda dördüncü yeri əldə edib.
Buna baxmayaraq britaniyalı pilot yarışdan gözləntilərinin yüksək olmadığını deyib: “Çox xoşbəxtəm, çünki bu həftəsonu ərzində tempimiz çatışmırdı.
Ferrari-lərin nə qədər güclü göründüyünü nəzərə alsaq və McLaren-lərin onsuz da ön sıralarda olacağını bildiyimiz üçün yaxşı bir mövqe uğrunda mübarizə aparmağı gözləmirdim.
Amma son cəhdimdə həqiqətən canlandıq və dövrəmiz olduqca güclü alındı. Yaxşı nəticə qazandıq.
Son dövrlərdəki yarış performansımıza baxsaq, yəqin ki, sabah yarış tempində ən güclü komanda biz olmayacağıq. Amma havanın bir qədər sərin olması bizim üçün yaxşı xəbərdir”.
Şərh əlavə et