Xəbəri Kokpitdə Oxuyun!

Norris günün ən yaxşı nəticəsini göstərib

İkinci sessiyada Silverstoundakı tribunalar tamamilə dolub. Cümə gününün proqramı maraqlı keçib – gənclər seriyasının sıralanma turları, Formula 1-in ikinci sərbəst yürüşləri və konsert baş tutub.

Pilotlar boksda oturmayıb, gündüz başlanan proqramı davam etdiriblər.

İkinci sərbəst yürüşlərdə komandalar sazlanmalara və təkərlərin effektivliyinə fokuslanıblar. Pirelli bu mərhələyə əvvəlki ilə müqayisədə bir addım daha yumşaq tərkiblər gətirib və bu səbəbdən pilotlar ötən illə müqayisədə daha sürətli olublar. Lakin güclü və dəyişkən külək bir neçə dəfə dövrə cəhdlərini yarımçıq qoymağa məcbur edib.

Karlos Sayns külək səbəbindən yerində fırlanıb və trasda təhlükəli şəkildə qayıdıb, az qala Luis Həmiltona çırpılıb. Stüardlar sessiyadan sonra bu insidenti araşdırıblar və Karlosa rəsmi xəbərdarlıq veriblər.

Protokola Lando Norris başçılıq edib – o, dövrəni 1:25.816-lıq vaxt çərçivəsində tamamlayıb.

Elçin Zodorov

Şərh əlavə et