İlk məşqlər Həmiltonun üstünlüyü ilə bitib

İlk məşqlər Həmiltonun üstünlüyü ilə bitib
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Silverstoundakı birinci məşq sessiyasında iki pilot ilk dəfə rəsmi Formula 1 həftəsonu sessiyasında iştirak edib.

Arvin Lindblad Yuki Tsunodanın maşınına əyləşib – Helmut Marko özünün ən perspektivli gənc pilotunu birbaşa Red Bull maşınında sınamağa qərar verib. Paul Aron isə Alpine ilə Sauber arasında olan razılaşmaya əsasən Niko Hülkenberqin maşınını sürüb.

Artıq cümə günündən trasda çoxlu tamaşaçı olub – bir çoxları cümə axşamı gəlib tras ətrafında düşərgə qurublar. Hava əla olub və həftəsonunun proqramı kifayət qədər dolu keçib.

Komandalar Britaniya mərhələsinə bir sıra yeniliklər gətiriblər və ilk sərbəst yürüşü onların effektivliyini yoxlamağa həsr ediblər. Bir çox komanda yeni altlıq gətirib – Red Bull isə yalnız  Ferstappenin maşınında test edib və tam razı qalmayıblar. Ən çox yenilik Aston Martin tərəfindən gətirilib – komanda ev trasında ciddi irəliləyiş gözləyir.

Sessiya insidentsiz ötüşməyib. Pyer Qasli və Qabriel Bortoleto yerində fırlanıb, Karlos Sayns, Şarl Lekler və Luis Həmilton tras hüdudlarını aşıblar. Sessiyanın ikinci yarısında pilotlar Soft təkərlərə keçib və sürətlər artıb, amma ümumi temp ötən illə müqayisədə dəyişməyib.

Protokola Luis Həmilton başçılıq edib – onun ən sürətli dövrəsi 1:26.892 olub. Məşqlər bu gün davam edəcək.

Bunları da oxuyun

Şərh əlavə et