Kokpit.az xatırladır ki, britaniyalı sürücü Silverstoundakı cümə sərbəst yürüşlərini səkkizinci yerdə bağlayıb.
Günün sonunda ön sıralara nə qədər yaxın olduqları sualına Corc Rassell belə cavab verib: “Hazırkı vəziyyətdə özümü o qədər də yaxın hiss etmirəm”.
Gənc pilot trasın temperaturunun 40 dərəcəyə çatmasının performanslarına mənfi təsir etdiyini deyib: “Hər həftə hava şəraitinin ümidinə qalmışıq. Bu isə xüsusilə yay aylarında bizi çətin vəziyyətə salır”.
Mercedesin bu problemi aradan qaldırmaq üçün ciddi şəkildə çalışdığını vurğulayan Corc Rassell sözlərinə belə davam edib: “Bu həftəsonunun qalan hissəsində bəxtimiz bir az gətirə bilər. Hava bir qədər sərinləşərsə, bolid də bizə uyğunlaşacaq.
Amma qeyd etdiyim kimi, hava vəziyyətindən asılı olmamalıyıq. Hazırda tamamilə bundan asılıyıq”.
Şərh əlavə et