Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Ferrari bizə rəqib olacaq

McLaren komandasının sürücüsü Lando Norris Britaniya Qran Prisində Ferrari-nin sürətli olacağını düşünür.

Kokpit.az xatırladır ki, Silverstounda baş tutan cümə sərbəst yürüşlərində Ferrari və McLaren arasında mübarizə yaşanıb.

İlk sessiyanı Ferrari ilə Lyuis Hamilton lider tamamlayıb. Onu McLaren pilotları izləyiblər. İkinci sessiyada isə zirvəyə Lando Norris yüksəlib, bu dəfə onu Ferrari pilotları izləyiblər.

Sessiyadan sonra danışan Lando Norris Ferrari-nin sürətindən bəhs edib: “Soft təkərlərlə atdığım dövrə güclü idi.

Ferrari-lərin təkcə bu gün çox, həm də çox sürətli olduğunu düşünürəm və sabah da belə olacaqlar.

Ferrari hər zaman olduğu kimi üçüncü sərbəst yürüşdə fərqi bağlayır, keçən həftəsonu da belə olmuşdu.

Düzünü desəm, hələ görəcəyimiz işlər var. Bugünkü performansdan razıyam, amma hələlik özümüzdən razı ola bilmərik.

Trasda hələ də bəzi çətinliklər var.
Hər şey istədiyim qədər axıcı getmədi. İkinci sərbəst yürüşlərdə atdığım dövrə güclü idi, amma yetərli deyil”.

Rauf Hacıyev

Şərh əlavə et