Xəbəri Kokpitdə Oxuyun!

Bu dəfə McLaren sürücülərinin şansları bərabərdir

Bukmeyker kontorları qarşıdan gələn Kanada Qran Prisi və mövsümün nəticələri üçün mərc əmsallarını dərc ediblər.

Qarşıdan gələn yarışda aşkar favorit yoxdur – bukmekerlər Oskar Piastri və Lando Norrisin Silverstounda qələbə şanslarını bərabər qiymətləndirirlər. Onların fikrincə, McLaren pilotlarına rəqabət apara biləcək yeganə şəxs hazırkı dünya çempionu Maks Ferstappendir. Corc Rassell, Şarl Lekler və Lyuis Həmiltonun qalib gəlmək şansları çox aşağı göstərilib…

Oskar Piastri, Lando Norris – 2.65
Maks Ferstappen – 6.00
Corc Rassell – 13.00
Şarl Lekler – 15.00
Lyuis Həmilton – 17.00 
Kimi Antonelli – 51.00

Çempionluq üzrə mərclərdə liderlik hələ də Oskar Piastridədir. Onun şansları Lando Norrisin şanslarından təxminən yarım dəfə yüksək qiymətləndirilir. Bu siyahıda da üçüncü yerdə Maks Ferstappen qərarlaşıb.

Oskar Piastri – 1.65
Lando Norris – 2.60
Maks Ferstappen – 11.00
Corc Rassell – 51.00
Şarl Lekler – 101.00
Kimi Antonelli, Lyuis Həmilton – 301.00

Bukmeyker kontorları Mühəndislər Kuboku ilə bağlı mərcləri qəbul etməyi dayandırıb.

Elçin Zodorov

Şərh əlavə et