Xəbəri Kokpitdə Oxuyun!

McLaren Britaniyada qələbə istəyir

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, öz ölkəsindəki yarışda hədəfi qələbədir.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Avstriyada qalib gələrək, çempionatın lideri Oskar Piastri ilə fərqi 15 xala endirib.

McLaren komandası daha əvvəl Britaniya Qran Prisində 14 dəfə qalib gəlib. “Narıncılar”ın Silverstoundakı son qələbəsi 2008-ci ildə Lyuis Həmiltonla gəlmişdi.

Lando Norris: “Növbəti dayanacaq Silverstoundur. Bura mənim favorit yarışımdır, çünki həm mənim, həm də McLaren-in ev trasıdır.

Bu tras xüsusidir, amma ailəmin, dostlarımın və yerli azarkeşlərin, komanda üzvlərimizin dəstəyi bizi başqa səviyyəyə aparır.

Xüsusən də, öz Landostand tribunamdakı azarkeşləri salamlamaq üçün səbirsizlənirəm. Eyni zamanda bizim üçün vacib yarışdır və bu fürsətdən yaxşı istifadə etmək istəyirəm. Avstriyadakı tempimi burada davam etdirərək, yerli azarkeşləri sevindirmək istəyirəm”.

Oskar Piastri isə Britaniya Qran Prisindən əvvəl bunları deyib: “Avstriyadakı yarış cəsarətverici idi və tempimizin olduğu aydın idi.

Silverstounda ən yaxşı performansımı göstərmək üçün doğru dərslər çıxardım. Silverstounda məni həmişə yaxşı qarşılayıblar və komandamın ev yarışına qatılmaq əla hissdir. Tras kənarında və McLaren Texnoloji Mərkəzində işləyən hər kəzə təşəkkür edirəm. Doğrudan da əla iş görürlər”.

Rauf Hacıyev

Şərh əlavə et