Kokpit.az bildirir ki, tarixi ənənəyə dönən bu rəng çaları daha əvvəl 2023-cü ilin Silverstoun və 2024-cü ilin Ostin yarışlarında istifadə edilmişdi. Britaniya təmsilçisi Google ilə olan böyük tərəfdaşlığını qeyd etmək və keçmiş uğurlarını xatırlatmaq üçün Chrome rəng çalarını yenidən qaytarır.
Komandanın sürücüləri Lando Norris və Oskar Piastri bu xüsusi rəng çalarına uyğun rəngdə kombinezon geyinəcək. Bu rəng çaları ilk dəfə təqdim edilən zaman azarkeşlərin marağına səbəb olmuşdu. Buna görə də bu il MCL39 da bu rəng çalarına bürünəcək.
Çempionluq üçün mübarizə aparan Lando Norris və Oskar Piastri bu rəng çaları ilə Silverstounda mübarizə aparacaqlar. Bu rəng çaları həm də 2008-ci ildə Lyuis Həmiltonun Çempion olduğu mövsümü xatırladır.
McLaren-in Marketinq Direktoru Luis Makİven: “Komandamızı uzun illər dəstəkləyən azarkeşlərlə yanaşı yeni fanatlarımız da var. Chrome ilə tariximizi şərəfləndirmək və yeni azarkeşlərimizin dəstəyini almaq gözəldir”.
Google-un Qlobal Məhsul və Marketinq Direktorunun Köməkçisi Adrien Lofton: “Google Chrome-un sürəti və performansı McLaren-lə yanaşı dünya üzrə bütün istifadəçilərinə güc qatır. Silverstoundakı yarışdan əvvəl bu enerjini azarkeşlərimizə çatdırmaq istəyirik”.
Şərh əlavə et