Zahiri cəhətdən Nismo versiyaları standart ofrouderlərdən ciddi şəkildə fərqlənirlər. Onların xüsusiyyətləri arasında daha böyük radiator barmaqlığı, digər bamperlər, yenidən işlənmiş kandar örtükləri, həmçinin beşinci qapıdakı spoyler var. Yeni duman əleyhinə işıqlar peyda olub, arxa diffuzora isə, mərkəzi duman əleyhinə işıq quraşdırılıb. Kuzovda qırmızı Nismo vurğuları peyda olub. Yeni kuzov dəsti sayəsində avtomobil 90 millimetr uzun (indi 5295 millimetr) və 40 millimetr enlidir (2070 millimetr). Döymə təkər disklərinin diametri 22 düymdür və onlar xüsusi şinlərlə təchiz ediliblər.
İnteryer özünəməxsus qırmızı – qara rəng sxeminə malikdir. Ön oturacaqlarda döngələrdə daha yaxşı dəstəyi təmin etmək üçün tənzimlənən yan dayaqlar var. Ön panel və qapılar karbonplastiki xatırladan dekor və qırmızı vurğularla bəzədilib. Sükan çarxında sıfır mövqeyi işarəsi, pedallarda isə, alüminium örtmələr var. Media sistemi və kontur işıqlandırması idman anturajına malik olan yeni iş rejimlərini sahib olublar.
Amerikan Nissan Armada Nismo versiyasının 3,5-litrlik V6 biturbo mühərrikinin gücü 425-dən 466 at qüvvəsinə artırılsa da, fırlanma anı dəyişməz qalıb – 700 Nm. Bununla belə, Yaxın Şərqdə saatılan Patrol Nismo daha güclüdür: 495 at qüvvəsi! Bunun üçün təkcə mühərrikin idarəetmə proqramını deyil, həm qazpaylama mexanizmi dəyişdirilib. Ofrouder yeni buraxılış sistemini alıb – yeni sistemin səsi audio sisteminin dinamikləri vasitəsilə salonda da regenerasiya edilir. Standart avtomobillərdə olduğu kimi, biturbo mühərrik doqquz pilləli “avtomat” (onun tənzimləmələri dəyişdirilib) və ön oxda muftası olan tam ötürmə sistemi ilə birlikdə çalışır.
Maraqlıdır ki, şassini tənzimləyən zaman mühəndislər əsas diqqəti Yaxın Şərq alıcılarının zövqlərinə və üstünlüklərinə yönəldiblər. Çətin ki, Patrol Nismo ərəb drifti və iki təkər üzərində sürmək üçün sazlanıb, lakin adaptiv amortizatorlu pnevmatik asma istənilən halda idman üslubunda köklənib. Klirensin hündürlüyü 244-dən 195 millimetrə qədər azaldılıb. Elektrik sükan gücləndiriciisi və stabilizasiya sistemi də yenidən sazlanıb. Boş çəkisi 2817 kiloqram olan ofrouder hələ də çəkisi 3,9 tona qədər olan qoşquları yedəyə ala bilir.
Şərh əlavə et