Modelin Lamborghini Fenomeno (italyan və ispan dillərindən tərcümədə “fenomen”) adlandırılacağı da bildirilir. Qeyd etmək gərəkdir ki, Lamborghini bu ilin yazında müvafiq əmtəə nişanını Avropa İttifaqının Əqli Mülkiyyət Ofisində qeydiyyatdan keçirib.
Bununla belə, “The Supercar Blog” nəşrinin mənbələrinin bildirdiyinə görə, Fenomeno indiyə qədər yaradılmış ən güclü Lamborghini avtomobili olmalıdır. Beləliklə, mühəndislərin qarşısında duran əsas vəzifə Revuelto modelinin hibrid qurğusundan 1015 at qüvvəsinin üzərində güc əldə etməkdir.
Yeni model iki il əvvəl təqdim olunan SF90 Stradale modelinin hardkor versiyası olan Ferrari SF90 XX modelinə cavab ola bilər. Yəni, Lamborghini mütəxəssislərinin əsas vəzifəsi ən azı 1030 at qüvvəsi əldə etməkdir.
Eyni zamanda, Fenomeno Revuelto modelinin surəti olmayacaq. Artıq yeni modeli görmək şansı qazanmış Lamborghini brendinin imtiyazlı müştərilərindən biri onun dizaynının brendin “ən əfsanəvi modellərindən birindən ilhamlandığını” qeyd edib. Ola bilsin ki, söhbət əfsanəvi Miura və ya Diablo modellərindən gedir.
(C) Autograph.az
Şərh əlavə et