Nikola Lakorte diskvalifikasiya səbəbilə bu mərhələni buraxıb və onu DAMS komandasında amerikalı sürücü Nikita Conson əvəz edib.
Cümə günü keçirilən sıralanma turu buludlu hava şəraitində və yağış riski ilə keçib. Buna görə də pilotlar pitdə gözləmədən dərhal trasda dövrələr vurmağa başlayıblar. Üç isidici dövrədən sonra onlar maksimal tempə keçiblər.
İlk ciddi nəticəni Nikola Colov göstərib – 1:21.598. Mari Boya ikinci olub, üçüncü yerə isə Uqo Uqoçukvu yüksəlib. Çempionatın lideri Rafael Kamara isə ilk onluğun xaricində qalıb.
Birinci cəhdin ikinci sürətli dövrəsində Tim Tramnitz ikinci yerə yüksəlib, Kamara isə üçüncü nəticəni göstərib. Colov liderliyini 1:21.282-lik dövrə ilə daha da möhkəmləndirib.
İki sürətli dövrədən sonra bəzi sürücülər pitə qayıdıblar, lakin liderlər daxil olmaqla əksəriyyət yavaş dövrə vuraraq cəhdlərini davam etdiriblər.
Tramnitz vaxtını yaxşılaşdırsa da, yenə də ikinci yerdə qalıb. Alessandro Giusti isə üçüncü pilləyə yüksəlib. Nikita Conson və Taponen tras hüdudlarını aşsalar da, bu sadəcə dövrəvi nəticələrinin ləğvi ilə nəticələnib və maşınlara ziyan dəyməyib.
Sessiyanın yarısı tamamlandıqda sürücülər yeni təkərlər üçün boksa qayıdıblar. İkinci cəhdə pelotonun əksəriyyəti sessiyanın bitməsinə 11 dəqiqə qalmış çıxıb. Bir neçə isidici dövrədən sonra onlar yenidən sürətli cəhdlərə başlayıblar.
Rafael Kamara 1:21.011-lik nəticə ilə liderliyə yüksəlib, lakin az sonra Colov onu qabaqlayıb – 1:20.927. Növbəti sürətli dövrəsində Colov vaxtını bir daha yaxşılaşdırıb – 1:20.743. Kamara isə nəticəsini inkişaf etdirə bilməyib və yeddinci yerə gerilətib. İkinci yerə Bred Benavides, üçüncü pilləyə isə Noy Stromsted yüksəliblər.
Sessiyanın son dəqiqələrində Uqo Uqoçukvunun son döngədə yerində fırlanmasına görə trasda sarı bayraqlar çıxıb. Prema komandasının pilotunun bəxti gətirib və maşın zərər görmədiyi üçün sessiyaya davam edə bilib.
Sprint yarışının start düzülüşü isə tərs sıralama ilə müəyyən edilir – ilk on iki yeri tutan pilotlar sabahkı yarışa əks ardıcıllıqla başlayacaqlar. Buna görə də ART GP-ninsürücüsü Ceyms Uorton şənbə günü sprint yarışına pouldan başlayacaq. Onunla birlikdə ilk cərgədən MP Motorsport komandasının sürücüsü Alessandro Giusti start alacaq.
Şərh əlavə et