Volkswagen Polo 50 illiyini qeyd edir

Rauf Hacıyev 19 İyun 2025, 12:20
Volkswagen Polo 50 illiyini qeyd edir
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Bu il məşhur Volkswagen Polo modeli 50 illik yubileyini edir. Bu əlamətdar hadisənin şərəfinə xüsusi Polo Edition 50 versiyası hazırlanıb. Yubiley avtomobilini iyulun 12-dən başlayaraq Almaniyada 28,2 min avroya sifariş etmək mümkün olacaq. Xüsusi versiya standart avtomobildən bir sıra dizayn həlləri ilə fərqlənir. Avropada Polo Edition 50 üç varinatda güc aqreqatı ilə təklif olunacaq.

Polo Edition 50 versiyası Style təchizatına malik olan modelə əsaslanır, lakin xüsusi dekorasiyası ilə seçilir: yubiley avtomobili xrom örtüklü pedallara, qara tavana, ətraf işıqlandırmasına və qızdırılan idman oturacaqlarına malikdir.

Təchizata həmçinin dəri ilə işlənmiş sükan, arxa görüntü kamerası, Discover Media multimedia sistemi, hərəkət rejiminin seçilməsi sistemi, təhlükəsizlik sistemləri və elektron köməkçilər dəsti daxildir. Əlavə ödəniş qarşılığında panoram lyuku da sifariş etmək olar.

Avropalılar mövcud olan üç modifikasiyadan birini seçə bilərlər. Birinci modifikasiya 95 at qüvvəli baza mühərriki və mexaniki transmissiya, ikinci versiya “robot” ilə tandemdə çalışan eyni mühərrik, üçüncü versiya isə, 116 at qüvvəli aqreqat və DSG transmissiya ilə təchiz olunur.

Xatırladaq ki, hazırki Volkswagen Polo modeli 2017-ci ilin yayında debüt edib, 2021-ci ildə restaylinqdən keçib. Növbəti genişmiqyaslı yenilənmə 2025-ci ilə planlaşdırılıb.

Əvvəllər Volkswagen şirkətinin Polo modelini təqaüdə göndərməkdən imtina etdiyi məlum olub – yəni sərt Euro-7 ekoloji standartına keçdikdən sonra model çeşiddə qalacaq. Avtomobil istehsalçısı MQB platformasına sərmayə qoymağa davam edəcək, çünki elektromobillərə olan tələb hələ də gözləniləndən aşağıdır.

(c) Autograph.az

Bunları da oxuyun

Şərh əlavə et