Əfsanəvi “Peking to Paris Motors Challenge”in iştirakçıları Azərbaycandadır!

Rauf Hacıyev 08 İyun 2025, 09:45
Əfsanəvi “Peking to Paris Motors Challenge”in iştirakçıları Azərbaycandadır!
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Dünyanın ən həyəcanverici avtomobil yarışlarından biri olan beynəlxalq “Peking to Paris Motor Challenge” yarışı ikinci dəfə yolunu Azərbaycandan salır. Retro avtomobillərin yürüşü Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Avtomobil Federasiyasının və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi ilə təşkil olunur.

“Peking to Paris Motors Challenge” – XX əsrin avtomobil əfsanələri və onların heyətləri üçün əsl sınaqdır. 37 gün ərzində iştirakçılar 12 ölkədən keçərək 14 500 kilometr məsafə qət edəcəklər. Yarış 17 may tarixində Böyük Çin səddində start götürüb və Çin, Monqolustan, Qazaxıstan ərazilərindən keçərək artıq Azərbaycana çatıb.

Avtomobil həvəskarları bu nadir retro avtomobilləri  Dənizkənarı Milli Parkda, “Yeddi Gözəl” fəvvarəsinin önündə keçirilən sərgi zamanı yaxından izləyə biliblər. Tədbirdə yürüşün ən “qocaman” iştirakçısı — 1917-ci il istehsalı American LaFrance Type 10, ən “gənc” avtomobil isə 1984-cü il istehsalı Toyota Hilux təqdim olunub.

İyunun 9-u isə Heydər Əliyev Mərkəzinin qarşısından yarışın Azərbaycandakı mərhələsinə start veriləcək. Bu mərhələ Qobustan, Şamaxı, Acınohur-Ceyrançöl düzünü və Azərbaycanın digər füsunkar bölgələrindən keçərək Qax şəhərində başa çatacaq. Azərbaycan ərazisində yarışda 55 retro avtomobil iştirak edir. 10 iyun tarixində iştirakçılar ölkəmizi tərk edərək Gürcüstan və Türkiyənin maraqlı marşrutları üzrə hərəkətlərini davam etdirəcəklər.Ardınca Bolqarıstan, Rumıniya, Macarıstan, Avstriya və İsveçrə ərazisindən keçərək, yarışın son dayanacağı olan Fransaya doğru yola çıxacaqlar.

Xatırladaq ki, Peking to Paris” avtomobil yürüşü ilk dəfə 1907-ci ildə baş tutub və yarış tarixində ikinci dəfədir ki, Azərbaycan ərazisindən keçir.

Bunları da oxuyun

Şərh əlavə et