K.Sayns: Çətin oldu

K.Sayns: Çətin oldu
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Williams komandasının sürücüsü Karlos Sayns öz ölkəsindəki yarışdan sonra açıqlamalar verib.

Kokpit.az xatırladır ki, Williams komandası Barselonada builki ən çətin həftəsonunu keçirib. Karlos Sayns 14-cü, Aleks Elbon isə mübarizəni vaxtından əvvəl dayandıraraq 19-cu yeri tutub. Bununla da Britaniya komandası həftəsonunu xalsız bağlayıb.

Bundan başqa Karlos Sayns Formula 1 karyerasında ilk dəfə İspaniya Qran Prisindən xalsız ayrılıb.

Karlos Sayns: “Belə günlərdə heç nə qaydasında getmir. Yarışın əvvəlində xaos yaşandı və hər iki maşınımızda da ön qanad problemi yaşandı. Bundan sonra uzun pit-stoplar bizi tamamilə mübarizədən uzaqlaşdırdı. Önümüz boş olanda tempimiz cəsarətverici idi. Amma çox geridə idik.

Öndəki maşına iki saniyədən artıq yaxınlaşa bilmirdik, çünki motorun qızmasına nəzarət etməli idik.

Barselonada həmişə xal qazanmışdım, amma bu dəfə sıralanma turundan etibarən işlər qaydasında getmədi. Komanda olaraq bu trasda çox şey öyrənməliyik.

Kanada yarışında bu maşınla təmiz fərqli performans göstərəcəyimizə inanıram. Belə traslarda nəyə görə çətinlik çəkdiyimizi anlamalı və gələn il performans fərqlərini azaltmalıyıq.

Tribunalar tamamilə dolu idi və mənə böyük dəstək verdilər, amma bu il Barselonada rəqabətədavamlı ola bilmədik. Ümid edirəm ki, gələn il daha yaxşı olarıq”.

Bunları da oxuyun

Şərh əlavə et