F.Vassyör: Həmilton problem yaşadı

F.Vassyör: Həmilton problem yaşadı
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ferrari komandasının sürücüsü Frederik Vassyör bildirib ki, Lyuis Həmilton İspaniya yarışında problem yaşayıb. 

Kokpit.az xatırladır ki, britaniyalı sürücü İspaniya yarışında da fanatları məyus edib. O, yarışa beşinci yerdən başlasa da, finişə altıncı yerdə çatıb. Kimi Antonellinin mübarizəni dayandırmasını və Maks Ferstappenin 10 saniyə cəza alaraq geriyə düşdüyünü nəzərə alsaq, bu heç də yaxşı nəticə sayıla bilməz.

Üstəlik yarışın son dövrələrində Sauber komandasının sürücüsü Niko Hülkenberq də Lyuis Həmiltona hücum edərək onu keçib və bu hal tiffozilər tərəfindən heç  yaxşı qarşılanmayıb. Yarışdan sonra Həmilton da yarışdan sonra narazılığını gizlətməyib.

Lakin yarışdan sonra açıqlama verən Ferrari komandasının rəhbəri Frederik Vassyör bildirib ki, bir az təmkinli olmaq lazımdır: “Biz bu işdə yetəri qədər təcrübəliyik. Yarış bitəndən sonra sürücünün ağzından çıxan ilk cümləyə görə qərar vermək olmaz. Əgər panika yaratmaq istəyirsinizsə, əlbəttə, bunu edə bilərsiniz. Ancaq bu hal panika üçün əlverişli deyil”.

Frederik Vassyör bildirib ki, Lyuis Həmilton yarışın 70 faizində sabiq komanda yoldaşı Corc Rassellin önündə olub: “Lyuis yarışın 70 faizini Corc Rassellin önündə olub. Ancaq Corc bu yarışı bir faciə kimi görmürdü. Yarışın sonlarında təhlükəsizlik maşını çıxmamışdan əvvəl bir problem yaşadıq və nəticə istədiyimiz kimi olmadı. Ancaq unutmamlıyıq ki, biz 45 dövrə ərzində Corcun önündə idik”.

Sonda fransalı rəhbər Lyuis Həmiltonun problemi barədə heç nə deməyib: “Bu barədə heç bir şey deyə bilmərəm”.

Bunları da oxuyun

Şərh əlavə et