Ş.Lekler: Taktikam işə yaradı

Ş.Lekler: Taktikam işə yaradı
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, şənbə günü sıralanma turunu fəda verməsi onun lehinə olub. 

Kokpit.az xatırladır ki, monakolu sürücü dünən sıralanma turunda son cəhdinə çıxmamış və yarışa təkər saxlamışdı. O, buna görə yarışa yeddinci yerdən başlamalı olmuşdu. Lakin o startda Kimi Antonellini və Corc Rasselli  geridə qoyub. O, daha sonra komanda yoldaşı Lyuis Həmiltonu komanda əmri ilə keçib. 

Yarışın sonlarında Kimi Antonellinin mübarizəni dayandırması ilə trasa təhlükəsizlik maşını çıxıb. Restartdan sonra Lekler əzəli rəqibi Maks Ferstappeni də keçərək, bu il üçüncü podiumunu əldə edib.

Şarl Lekler yarışdan sonra Maks Ferstappenə etdiyi hücumdan danışıb: “Bu tamamilə hava kisəsini almaq üçün mübarizə idi. Maks istədi ki, mən daxili trayektoriyanı tutum. Mən də ora girmək istəmədiyim üçün onu sola itələməyə çalışdım. Bir az təmas oldu, amma heç bir pis nəticə yaşanmadı”.

Monakolu sürücü dünən sıralanma turunda aldığı strateji qərardan da danışıb: “Sıralanma turunu fəda edib, daha yaxşı təkərlərə sahib olmağı seçdim. Bu qərarın işə yarayıb-yaramayacağını bilmirdim, ancaq işə yaradı”.

Ferrari normal yarışda həm McLaren-in, həm də Red Bull-un yarış tempinə cavab verə bilmirdi. Lakin təhlükəszilik maşınının çıxması ilə bir az da strategiyanın köməyi ilə Ferstappeni gridə qoyaraq, podiumun son pilləsinə yüksəlib. Şarl Lekler bu barədə belə danışıb: “Təhlükəsizlik maşınından sonra bəxtimiz bir az gətirdi”.

Bunları da oxuyun

Şərh əlavə et