Kokpit.az xatırladır ki, avstraliyalı sürücü pouldan başladığı yarışda pit-stopa girərkən itirdiyi yerləri saymasaq, bütün yarışı lider aparıb və mövsümdə beşinci qələbəsini qazanıb. Bu həm də gənc sürücünün karyerasındakı ilk İspaniya qələbəsi olub.
Yarışdan sonra jurnalistlərin suallarını cavablayan Oskar Piastri bildirib ki, bolidin tempindən çox razı qalıb və Barselonadakı həftəsonunu mükəmməl olaraq qiymətləndirib: “Maksın üç pit-stoplu strategiyasını görmək bizi təəccübləndirdi. Amma az qala işə yarayırdı. Ümumilikdə əla həftəsonu idi. Tempimiz doğrudan da yaxşı idi. Nə vaxt lazım olsa, sürətləndik. Bu həftəsonu gördüyümüz işə görə çox qürurluyam. Monakodan sonra yenidən qələbə qazanmaq çox gözəl oldu. Mükəmməl həftəsonu idi”.
Şərh əlavə et