Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Mayamidən sonra sürətləndik

Aston Martin komandasının sürücüsü Fernando Alonso maşının inkişafdan razıdır. 

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü dünən öz ölkəsindəki sıralanma turunda son sessiyaya qalıb. O düşünür ki, komandası Mayami Qran Prisindən bəri düzgün addımlar atıb. 

Fernando Alonso: “Ümumilikdə sevincliyəm. Bütün həftəsoni ərzində sərbəst yürüşlərdə onluqda idik. İndi sıralanma turundada buradayıq.

Bu həftəsonu bizim üçün əsl test idi. Çünki İmolada Medium təkərlərdən istifadə etmişdik. Monako isə onsuz da fərqli trasdır. Əsl  gücümüz Barselonada üzə çıxacaqdı və reallıq odur ki, İmoladan etibarən maşını inkişaf etdirdik. Mayamidə böyük ehtimalla peletonun ən zəif komandası idik. Yarışda Sauber-dən 20 saniyə geridə qalmışdıq. Buna görə də qətiliklə deyirəm ki, doğru yöndə bəzi addımlar atdıq. Ən azından maşın normal traslarda son sessiyaya çıxmaq üçün mübarizə apara bilir”.

Əfsanəvi sürücü yarışa onuncu yerdən başlayacaq. O düşünür ki, yarışdan xalla ayrılmaq üçün hər şeyi düzgün etməlidirlər: “Görək nə olur. Deyəsən hazırda onuncu yerdəyik. Əlbəttə, arxamızda sürətli maşınlar var. Məsələn, Elbon 11-ci yerdədir və son sessiyaya qalmadığı üçün əlində bir dəst artıq təzə təkəri var. Əgər xal qazanmaq istəyiriksə, yarışda hər şeyi mükəmməl etməliyik”.

Qeyd edək ki, ikiqat Dünya Çempionu bu il xal qazana bilməyən sürücülər karvanındadır. Aston Martin komandası Ləns Strollun topladığı 14 xal hesabına hazırda yalnız Sauber və Alpine komandalarını qabaqlayaraq Mühəndislər Kubokunda səkkinzinci yerdə qərarlaşıb.

 

Rauf Hacıyev

Şərh əlavə et