Kokpit.az xatırladır ki, FİA İspaniya Qran Prisindən etibarən ön qanadların elastikliyinə məhdudiyyətlər qoyub. Bu qaydaya görə bərabər şəraitdə ağırlıq tətbiq olunan zaman elastikliyin miqdarı 15 millimetrdən 10 millimetrə endirilib.
Əksəriyyət düşünürdü ki, McLaren komandası bu yeni qaydalardan ən çox təsirlənən komanda olacaq. Lakin “narıncılar” cümə günü İspaniyada at oynadıblar. Lando Norris birinci sərbəst yürüşlərdə, Oskar Piastri ikinci sərbəst yürüşlərdə hamını qabaqlayıb.
İşin ən təəccüblü tərəfi isə FİA-nın sənədlərində McLaren-in heç bir dəyişiklik etmədiyinin yazılması idi. Digər komandalar isə yeni texniki reqlamentə görə yeni ön qanadlar gətirmişdilər.
Corc Rassell Barselonada cümə gününü lider Piastridən 0.286 saniyə geridə bağlayıb. Britaniyalı sürücü yeni ön qanadlar barədə bunları deyib: “McLaren-in sürəti ciddi formada azalıb! Bu əla xəbərdir!
Sıralanma turu üçün vahid dövrə tempimiz pis deyildi. Buna görə də çətin keçən bir neçə yarışdan sonra lazımi yerdə olmaq gözəl idi.
Yenə də yarış tempimiz çox yaxşı görünmür. Bu sahəni son dövrlərdə yaxşılaşdırmağa çalışırıq. Məlumatlara baxmalı və rəqiblərimizlə müqayisə aparmalıyıq. Amma yarış tempimiz bizi az da olsa, narahat edir. Görək nə baş verəcək”.
Şərh əlavə et