Kokpit.az xatırladır ki, Maks Ferstappen İspaniyadakı birinci sərbəst yürüşlərdə ikinci, ikinci sərbəst yürüşlərdə isə üçüncü yeri tutub. Onun komanda yoldaşı Yuki Tsunoda isə cümə sərbəst yürüşlərində müvafiq olaraq doqquzuncu və 13-cü yerlərdə qərarlaşıb.
Helmut Marko: “Bütün peleton bir-birinə yaxınlaşıb. Belə getsə, hər şey saniyənin onda birində müəyyən olunacaq. Amma biz razıyıq. Uzun müddət idi ki, bu qədər gözəl cümə günü keçirməmişdik.
Yenə də biz inkişaf etməliyik. Belə görünür ki, Oskar Piastri vahid dövrədə daha sürətlidir. Yarış tempində isə qəribə formada Norris öndə idi. Əgər ikisinin arasında ola bilsək, bu bizim üçün yaxşı nəticədir”.
İspaniya Qran Prisindən etibarən elastik qanadlara məhdudiyyət gətirilib. Bu məhdudiyyətin ən çox McLaren komandasına təsir edəcəyi gözlənilirdi.
Helmut Marko: “Təməl olaraq hər şeyi eyni qaldı, amma McLaren-in hələ bir az üstünlüyü var. Amma biz, Ferrari və Mercedes bir-birimizə yaxınlaşdıq. Hər şey xırda sazlanmadan asılıdır”.
Şərh əlavə et