Xəbəri Kokpitdə Oxuyun!

Piastri cümə gününü zirvədə bağlayıb

İspaniya Qran Prisinin ikinci sərbəst yürüşlərində Oskar Piastri hamıdan sürətli olub.

Kokpit.az bildirir ki, ikinci sərbəst yürüşlərin başlaması ilə Lando Norris 1.13.636 zaman nəticəsi ilə zirvəyə oturub. Maks Ferstappen ondan 0.3 saniyə geridə qalaraq ikinci olub. Haas komandasının sürücüsü Oliver Berman isə üçüncü döngədə yerində fırlanaraq çınqıllı zonaya düşüb.

Mercedes komandasının sürücüləri trada qırmızı rənglə markalanmış Soft təkərlərlə çıxıblar . Corc Rassell 1.13.046 zaman nəticəsi ilə birinci olub. Onun komanda yoldaşı Kimi Antonelli isə ikinciliyə yerləşib, ancaq qısa müddətdən sonra Maks Ferstappen daha yaxşı dövrə ilə onu qabaqlayıb.

Lakin sessiyanın ortasında Oskar Piastri 1.12.760 zaman nəticəsi ilə birinciliyi ələ alıb. Lyuis Həmilton isə radiodan komandasına maşını sürməyin mümkün olmadığını deyib.

Sessiyanın qalan dəqiqələrində hər hansı bir hadisə baş verməyib və Oskar Piastri sona qədər liderliyini qoruyub. Corc Rassell ikinci, Maks Ferstappen üçüncü yerləri tutublar.

İspaniya Qran Prisinin üçüncü sərbəst yürüşləri Bakı vaxtı ilə 14:30-da başlayacaq.

Rauf Hacıyev

Şərh əlavə et