Kokpit.az xatırladır ki, McLaren komandasının sürücüləri hazırda çempionatda ilk iki yerdədirlər. Oskar Piastri dörd qələbə qazanıb və 161 xalı var. İkinci yerdəki Norris iki qələbədən sonra 158, Maks Ferstappen isə iki qələbə ilə 136 xal toplayıb.
Mühəndislər Kubokunda isə McLaren-in böyük üstünlüyü var. Buna baxmayaraq Lando Norris ehtiyatlı danışır və qəti söz demir:
McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, Maks Ferstappen çempionluq uğrunda mübarizədə hələ də böyük təhdiddir.
Kokpit.az xatırladır ki, McLaren komandasının sürücüləri hazırda çempionatda ilk iki yerdədirlər. Oskar Piastri dörd qələbə qazanıb və 161 xalı var. İkinci yerdəki Norris iki qələbədən sonra 158, Maks Ferstappen isə iki qələbə ilə 136 xal toplayıb.
Mühəndislər Kubokunda isə McLaren-in böyük üstünlüyü var. Buna baxmayaraq Lando Norris ehtiyatlı danışır və qəti söz demir: “Riyazi olaraq baxsaq, hazırda çempionatdakı hər kəsin çempion olmaq şansı var. Əgər çempionluq uğrunda mübarizənin sadəcə mənimlə Oskar arasında olacağını düşünürsünüzsə, bu, bir az axmaqlıq olar.
Hələ çox fürsət var. Həm Maks, həm də Ferrari hələ də qalib gələ bilərlər. Mövsüm irəlilədikcə daha güclü olacaqlar.
Biz hər həftə sonu Maksla mübarizə aparırıq. O, dəfələrlə podiuma çıxıb və yarışlarda qalib gəlib. İmolada bizdən daha sürətli olduğu üçün bizi aydın şəkildə məğlub etdi. Ona görə də bu mübarizənin sadəcə Oskarla mənim aramızda olduğunu deyə bilmərik”.
Lando Norris hazırda çempionatın lideri Oskar Piastridən 3 xal geridə qalır. Buna baxmayaraq britaniyalı sürücü liderlik üçün təzyiq hiss etmədiyini və hər həftəsonuna eyni motivasiya ilə hazırlaşdığını deyib: “Çempionatda birinci yerdə olmaq gözəl hissdir. Rəqiblərindən daha çox xalınızın olması çox gözəl haldır. Amma bu mənim gündəlik işlərimə təsir etmir və hədəfimi dəyişdirmir”.
Şərh əlavə et