Kokpit.az xatırladır ki, britaniyalı sürücü bu mövsüm Mayami və Monako yarışlarında bir neçə dəfə anlaşmazlıq yaşamışdılar.
İspaniya Qran Prisindən əvvəl mətbuat konfransında jurnalistləsin suallarına cavab verən Lyuis Həmilton bu mövzuya aydınlıq gətirib: “Aramız yaxşıdır. İnsanlar dedi-qodu yaradır, amma bu axmaqlıqdır. Qalib gəlmək üçün bir yerdə işləyirik və hər münasibətdə olduğu kimi burasa da anlaşmazlıqlar ola bilər. Lakin aramızda problem yoxdur”.
Lyuis Həmilton ön qanadların sərtləşməsi ilə bağlı bunları deyib: “Elastik qanadlar pis düşünülmüş texniki dövrün üstünü örtmək üçün istifadə edilmiş yara bandı idi.
Bolidin sazlanmaları ilə bu problemi həll etmək çətindir, amma mühəndislər bunu həll etməyə çalışır. Bu həftəsonu komandalar üzərində təsirini görəcəyik”.
Sonda yeddiqat Dünya Çempionu əlavə edib ki, elastik qanadların yasaqlanması sürüş həzzinə də pis təsir edəcək.
Mercedes komandasının rəhbəri Toto Volff isə bildirib ki, Ferrari bu dəyişiklikdən ən çox üstünlük qazanan komanda olacaq.
Lakin Lyuis Həmilton yenə də təmkinlidir: “Simulyatorda fərqi olmadı. Nə qədər təsir edəcəyini bilmirik”.
40 yaşlı pilot sonda bildirib ki, Barseloba Formula 1 üçün xüsusi trasdır: “Klassik trasların itkisi məyusedicidir, amma İspaniyada yarışın olması çox vacibdir. Yeni traslar çox vaxt gözləntiləri qarşılamır. Buna görə də gərək yaxşı tras olsun”.
Qeyd edək ki, İspaniya Qran Prisi gələn ildən etibarən Madrid şəhərində təşkil ediləcək.
Şərh əlavə et