Kokpit.az xatırladır ki, Yaponiyalı sürücü ilə Pyer Qasli Monako yarışında təmas ediblər. Yekunda fransalı sürücü bariyerlərə çırpılaraq mübarizəni dayandırıb. Yuki isə yoluna davam edib.
Yuki Tsunoda: “Sözün açığı bir az müəmmalı hadisə idi. Əylənmə zonasında yer dəyişdirmədim. Axmaq bir şey etmədim. Nə baş verdiyini mən də anlaya bilmədim. Sadəcə təzyiq altında sürürdüm”.
Yuki Tsunoda yarışın əvvəlində virtual təhlükəsizlik maşını rejiminin başlaması ilə pitə girib. Yaponiyalı pilot bu strategiya barədə belə danışıb: “Sınadığımız şey işə yaramadı, amma o vəziyyətdə fərqli şey etməli idik.
Önümdəki iki komandanın iki sürücü ilə strategiya edəcəyini bilirdim. Bu vəziyyəti özüm hazırladım. Sıralanma turunda yaxşı nəticə qazanmalı idim.
Mənim yarışda öndəki maşınları izləməkdən başqa çarəm yox idi. Televizordan baxanda necə görününür bilmirəm, amma mənim üçün yaxşı deyildi”.
Yuki Tsunoda rəqibi Pyer Qaslinin tənqidlərinə də cavab verib: “Nə? Səhv hərəkət etdiyimi düşünmürəm. Yenə olsa, yenə də eyni cür hərəkət edərdim. Bütün yarışı divara yaxın getmişəm. Qaslinin hücum edəcəyini bilirdim və əylənmə zonasında yön dəyişmək istəmədim”.
Yaponiyalı sürücü sonda Barselona Qran Prisindəki yeni ön qanad reqlamentindən də danışlb: “Ümid edirəm ki, faydası olar. Sadəcə ön qanad yox, daxili quruluşda da fərqlilik var. Mövsümün əvvəlindəki sıralanmanı dəyişməsə də, inkişaf var. Mən də performansımı artırmağa çalışacağam”.
Şərh əlavə et