Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Monako yarışını elə başladığı yerdə – üçüncü yerdə – bitirib. Bu mövsüm dörd yarış qazanmış Piastri üçün bu elə də yaxşı nəticə olmasa da, çempionatın lideri podium qazandığı üçün məmnun görünüb.
Oskar Piastri: “Təbii ki, birinci yer daha yaxşı olardı. Amma bu həftəsonu sərbəst yürüşlərdən sıralanma turuna qədər çətin keçdi. Zirvəyə yaxın olsaq da, bu bəs eləmədi.
Yenə də nəticədən razı qaldım. Gələn il üçün üzərində işləməli olduğumuz nöqtələr var, amma xal qazandıq və Monakoda podium gördük. Buna görə də hər şey pis deyil.
Əgər bu həftəsonu pis keçibsə, o qədər də pis deyildi. Landonu gözəl həftəsonuna görə təbrik edirəm. Şarl isə həmişəki kimi sürətli idi”.
Şərh əlavə et