L.Norris: Uşaqlıq xəyalım reallaşdı

L.Norris: Uşaqlıq xəyalım reallaşdı
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

McLaren komandasının sürücüsü Lando Norris Monakodakı qələbədən sonra bunun uşaqlıq xəyalı olduğunu deyib. 

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Monte Karloda pouldan başladığı yarışı qazanıb. O, yarış ərzində pit-stoplara girdiyi vaxtı nəzərə almasaq, liderliyini qoruyub və bu mövsüm ikinci qələbəsini əldə edib. Bu, 27 yaşlı pilotun həm də  karyerasında ilk Monako qələbəsidir. 

Lando Norris: “Əla hiss etdirir. Uzun və yorucu yarış idi, amma eyni zamanda əyləncəli idi. Yarışın bpyük hissəsində doğrudan da limitlərdə getdik. Sonlarda isə bir az stressli idik. Lekler arxamda, Ferstappen isə önümdə idi. Buna baxmayaraq Monakoda qalib gəldik!

Yarışın ən pis hissəsi sonları idi. Yarışın bpyük hissəsinə demək olar mən nəzarət etdim, amma Maks tempi bir az aşağı salırdı. Belə olan halda Şarlın əlinə fürsət düşə bilərdi. Maksa yaxınlaşmağa çalışdım və ona hücum etmək istədim.

Mən çox xoşbəxtəm, komandam da çox xoşbəxtdir. Buna görə də bu gecə bunu gözəl formada qeyd edəcəyik. Bunun xəyalını uşaqlıqdan qururdum. Yəni ki, xəyallarımdan birini reallaşdırdım”.

Qeyd edək ki, McLaren komandası 2008-ci ildən sonra ilk dəfə Monakoda qalib gəlib.

 

Bunları da oxuyun

Şərh əlavə et