Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Bizim üçün hər şey bitdi

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, sıralanma turunda mübarizəni ikinci sessiyada dayandırdıqdan sonra həftəsonu onun üçün bitibdir.

Kokpit.az xatırladır ki, Monako Qran Prisi Mercedes üçün heç də yaxşı keçmir. Belə ki, sıralanma turunda əvvəlcə Kimi Antonelli bariyerlərə çırpılaraq mübarizəni vaxtından əvvəl dayandırıb. Daha sonra isə ikinci sessiyada Corc Rassellin bolidi mexaniki problemlə görə dayanıb.

Beləliklə Mercefes komandası Monakoda tam heyətlə som sessiyaya qala bilməyiblər. Bugünkü yarışa Corc Rassell 14-cü, Kimi Antonelli isə 15-ci yerdən başlayacaqlar.

Corc Rassell: “Problemə düzlükdəki qabar səsbəb oldu. Bu qabar bütün həftəsonu ərzində orada idi, amma nədənsə bu dəfə ona toxunanda bütün motor sistemi qapandı. Doğrudan da çox məyusam. Çünki bu həftəsonu sazlanma tapmaqda çətinlik çəkmişdik və təməl sazlanmalara qayıtmışdıq.

Birinci sessiyadan etibarən hər şey qaydasına düşmüşdü. Yenidən yarışın içinə daxil olmuşdum.

Bir döngə döndüm və nəticəmi 0.2 saniyə yaxşılaşdırmışdım. Bu da son sessiyaya çıxmaq üçüj bəs edirdi. Əlimizdə iki dəst Hard təkər var idi. Doğrudan da bu həftəsonu üçün şansımız yüksək idi, amma hər şey bir anda məhv oldu. Həftəsonu rəsmən bitdi. Bu doğrudan da əsəbpozucu haldır”.

Corc Rassellin komanda yoldaşı Kimi Antonelli isə Növill şikanında qəza edərək, qırmızı bayraqların çıxmasına səbəb olub. Debütant sürücü bugünkü yarışa 15-ci yerdən başlayacaq.

Kimi Antonelli: “Lazımsız səhv idi, çünki böyük ehtimalla ikinci sessiyaya keçmişdim. Sessiyanı belə bitirmək çox məyusedicidir.

Komanda üçün çətin bir gün oldu, amma Corcun əlindən heç nə gəlmirdi. Mənim qəzam isə tamamilə öz səhvimdir. İki pis həftəsonu keçirdim. İndi isə beynimi təmizləyib, daha güclü formada qayıtmalıyam”.

Bu il Monako Qran Prisində qeyri-adi bir dəyişiklik var. Yeni idman reqlamentinə görə bütün sürücülər yarış ərzində ən az iki dəfə pit-stop etməlidirlər. Bu hal yarışda Mercedes üçün fürsətlər yarada bilər.

Kimi Antonelli bu strategiya barədə bunları deyib: “Strategiya ilə nəsə etməyə çalışacağıq, amma hazırda beynimə boşaldıb özümə gəlməliyəm”.

Corc Rassell iaə bu barədə belə danışıb: “Qətiliklə dəlisov strategiyalar görəcəyik, amma biz 14-cü yerdəyik. Beşlikdə olmalı idik”.

Rauf Hacıyev

Şərh əlavə et