Kokpit.az xatırladır ki, McLaren Monakodakı sıralanma turunda Lando Norrislə poul qazanıb. Oskar Piastri isə əfsanəvi yarışa üçüncü yerdən start verəcək.
Zek Braun: “Məqsədimiz təmiz dövrələr vurmasını təmin etmək idi və bilirdik ki, iki sürətli dövrə vura bilərik. Doğrudan da iki dövrəyə ehtiyacımız oldu. Bu, doğrudan da əla sıralanma turu idi.
Lando Norris ikinci sessiyada çox sürətli idi. Üçüncü sessiyada bir neçə problemi oldu, amma Andreaya dedim ki, eynisini yenidən edək. Andrea da mənə dedi ki, bir az sürətli olmalıdır. Belə də oldu və Landi qüsursuz dövrə vurdu.
Yarışa pouldan başlamaq yaxşıdır. İlk üçlükdə iki sürücümüz var, amma icbari iki pit-stoplu strategiyaya görə fərqli ssenarilər görə bilərik”.
Şərh əlavə et