Rəsmi: Həmilton startda 3 yer itirəcək

Rəsmi: Həmilton startda 3 yer itirəcək
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ferrari komandasının sürücüsü Lyuis Həmilton Monako Qran Prisinin sıralanma turunda Maks Ferstappeni əngəllədiyi üçün yarışın startında 3 yer itirəcək.

Kokpit.az bildirir ki, Ferrari komandası Lyuis Həmiltona səhv məlumat verib və Ferstappenin yavaşladığını deyib. Ancaq niderlandlı sürücü sürətli dövrəsinə davam edirdi.

Lakin sessiyadan sonra stüardlar görüntüləri təhlil ediblər. Məlumatlara baxan və radio danışıqların yazısına qulaq asan stüardlar bu insidentdə Lyuis Həmiltonu günahkar görüblər.

Stüardlar verdikləri raportda bildiriblər ki, bu səhv radio mesaja görə Həmilton yarış trayektoriyasına girib və buna görə də Maks Ferstappen sürətli dövrəsini dayandırmalı olub.

Stüardlar radiodan gələn səhv məlumatı cəzanı yumşaldan səbəb kimi görməyiblər. Beləliklə Lyuis Həmilton sabah yarışın startında 3 yer itirəcək və Monako yarışına 7-ci yerdən başlayacaq.

Bunları da oxuyun

Şərh əlavə et