Bu həftəsonu 2 pit-stop məcburi olduğundan, pilotlar bütün təkərlərin effektivliyini yoxlamaq qərarına gəliblər. Sürətlər artıb və xüsusilə gənc sürücülərdən səhvlər gəlib. Hacar səkkizinci dəqiqətə arxa təkərini partladıb və sessiya qırmızı bayraqlarla dayandırılıb. Lakin o 3 təkərlə maşını pitə çatdırmağa nail olub.
Bundan 10 dəqiqə sonra isə növbəti qırmızı bayraqlara Piastri səbəb olub – avstraliyalı sürücü ilk döngədə qəza edib. O da ön qanadı olmayan maşını mexaniklərə gətirib çatdıra bilib. Hacar sonlara yaxın yenidən səhvə yol verib, lakin bu dəfə sessiyanı dayandırmağa ehtiyac yaranmayıb.
Başqa maraqlı hadisə baş verməyib. Sürücülər müxtəlif proqramlarla işləyiblər. Sürətli dövrənin sahibi isə Şarl Lekler olub – 1:11.355.
Məşqlər sabah davam edəcək. Sabah eyni zamanda, həftəsonunun ən həlledici sessiyası – sıralanma turu baş tutacaq.
Şərh əlavə et