Ş.Lekler Ferrari-yə inanır

Ş.Lekler Ferrari-yə inanır
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib verdiyi açıqlamada bildirib ki, komandasına güvənir. 

Kokpit.az xatırladır ki, Ferrari mövsümə yaxşı başlamayıb və geridə qalan 7 yarışda sadəcə 1 dəfə podium görüb. Üstəlik İmoladakı sıralanma “qırmızılar” iki sürücüsü ilə də son sessiyaya qala bilməyiblər.

Buna baxmayaraq Şarl Lekler komandadan ayrılmağı düşünmədiyini deyib: “Biz hamımız komanda olaraq bu il uğura inanırdıq, lakin təəssüf ki, mövsümün əvvəli gözlədiyimizdən də qarışıq keçdi. Mən hələ də ümidimi itirmirəm, çünki çempionat hələ çox uzundur. Keçən il Red Bull mövsümə çox güclü başlasa da,  çempionluğu McLaren qazandı. Mən də bu ilin sonuna kimi çempionluq uğrunda mübarizə aparacağam.

Komandadan ayrılmaq fikrim yoxdur. Bu layihəyə inanıram və Fredə güvənirəm. Əlbəttə, biz çətin dövrlərdən keçirik və belə anlarda şübhə etmək asan ola bilər. Amma Ferrari-dən ayrılmaq fikrim yoxdur. Ferrari ilə qalib gəlmək istəyirəm. Bu layihəyə inandığım müddət ərzində burada qalacağam və həqiqətən də onlara güvənirəm”.

Şarl Lekler sonda Ferrari komandasının rəhbəri Frederik Vassyörə olan inamını da qeyd edib: “Fredə tamamilə güvəndiyimi həmişə demişəm və doğrudan da inanıram ki, Ferrari-ni zirvəyə apara biləcək tək adam odur. O, Ferrari-ni yenidən qazanan komanda edə bilər. Bunu həmişə demişəm və ümid edirəm ki, bir yerdə işləyərək Ferrari-ni yenidən zirvəyə qaytaracağıq”.

Bunları da oxuyun

Şərh əlavə et