Xəbəri Kokpitdə Oxuyun!

Tsunoda: Bolidə inamım artdı

Red Bull komandasının sürücüsü Yuki Tsunoda bildirib ki, Mayami yarışından razı qalmasa da, bolidə olan inamı artmağa başlayıb.

Kokpit.az xatırladır ki, yaponiyalı sürücü yarışı 10-cu yerdə bitirib və 1 xala razı olub.

Yuki Tsunoda: “Bəli, pis deyildi. Sözün açığı yarışı 10-cu yerdə bitirmək istədiyim nəticə deyildi. Lakin sprint yarışında altıncı yeri tutdum.

Maksda da gördüyünüz kimi sadəcə mən yox, hamı çətinlik çəkdi. Bu problemin üzərində işləməliyik. Lakin özüm üçün danışası olsam, maşına olan inamım yavaş-yavaş artır. Eyni zamanda maşını daha yaxşı anlamağa başladım.

Əminəm ki, Maks maşını limitlərdə sürür. Ancaq hər iki yarışda da maşından daha çod performans çıxara bilərdim. Buna görə də növbəti yarışlara köklənəcəyəm.

Maşında hissiyyat yaxşı idi. Əvvəlki sıralanma turları və yarışlarda nəyə görə performans göstərə bilmədiyim artıq daha dəqiq məlum olur. Bu Qran Pridə sprint yarışından başqa hər şey təmiz keçdi. Dövrəvi zamanlar və yarış performansım daha yaxşı idi.

Xüsusən də yarışda çox stabil idim. Daha yaxşını edə bilərdim? Əmin deyiləm. Ancaq son 3 yarışa nisbətən daha yaxşı həftəsonu idi”.

Rauf Hacıyev

Şərh əlavə et