Xəbəri Kokpitdə Oxuyun!

F.Vassyör: İdarəçilik məndədir

Ferrari komandasının rəhbəri Frederik Vassyör bildirib ki, hər şeyi özü idarə edir.

Kokpit.az xatırladır ki, Mayami yarışında Həmiltonla komanda arasındakı radio danışıqlar çox səs-küyə səbəb olub.

Frederik Vassyör: “İki maşınımız da fərqli strategiyada idi. Buna görə də arxadakı maşının doğrudan da sürətli olub-olmadığını anlamağımız üçün bir neçə dövrə lazım oldu. DRS-nin təsirini də hesaba qatmalı idik.

Bizim komandadakı siyasətimiz məlumdur. Ferrari adına qərarlar verirəm və bu qərarlaq anlıq verilir. Daha sonra Lyuislə danışdım və çox sakit idi.

Sıralanma turunda təkərlərin potensialından istifadə edə bilmədik. Ən yaxşı dövrəmiz işlənmiş təkərlərlə gəldi. McLaren bu həftəsonu fərqli planetdə idi. Ancaq Red Bull və Mercedes-lə templərimiz yaxın idi”.

Frederik Vassyör bildirib ki, onlar növbəti yarışlara yeniliklər gətirməyi planlaşdırırlar. Bundan başqa Barselonadakı yeni ön qanad reqlamentinin hər şeyi sıfırlayacağını düşünür.

Fransalı rəhbər bu barədə belə danışıb: “Barselona yarışına qədər İmola və Monako var. Bu yarışlarda bəzi kiçik yeniliklər gətirəcəyik. Ancaq açıq danışsaq, bu gün bizim əsas problemimiz McLaren kimi potensialımızı istifadə edə bilməməyimizdir.

Əsas məsələ hər şeyi bir araya gətirməkdir. Növbəti iki yarışda bolidin tam potensialını istifadə etmək üçün fokuslanmağa çalışacağıq.

Şarl və Lyuisə tamamilə güvənirəm. Son beş mövsümdə Şarl stabil yarışıb. Lyuis isə bu idmanda bütün rekordları qırıb. Sıralanma turunda iş görən pilotlardırlar. Amma bu maşınla mümkün deyil. İnkişaf etməli və daha yaxşı iş görməliyik”.

Rauf Hacıyev

Şərh əlavə et