Kokpit.az xatırladır ki, britaniyalı sürücü 12-ci yerdə başladığı Mayami yarışını 8-ci yerdə tamamlayıb. O, radio danışıqlarda komandası ilə bəzən gərgin anlar yaşayıb.
Lyuis Həmilton: “Əvvəlcə onu deyim ki, yarışı həzz alaraq tamamladım. Bu həftəsonu istədiyimiz kimi sürətli olmasaq da, ümumilikdə yaxşı yarış keçdiyini düşünürəm. Nəticə bunu göstərməsə də, 12-ci yerdən başladım və burada ötmə etmək çox çətindir.
Medium təkərlərə keçəndə maşın canlandı və birdən önümdə McLaren görməyə başladım. Onda düşündüm ki, altıncı yerə yüksələ bilərəm? Ancaq Şarlla aramızda yaşanan o qərarsız anlarda çox vaxt itirdik və o anda doğrudan da peşman oldum.
Qərar gec verildi və o anda əsəbiləşirsən. Lakin hamısı bundan ibarətdir. Komanda ilə də, Şarlla da problemim yoxdur. Məncə, daha yaxşısını edə bilərdik. Ancaq yekunda yeddi və səkkizinci yer uğrunda mübarizə aparırıq.
O bir neçə dövrədə təkərlərin performansı bir az itdi, amma bu qəbul edilə bilən haldır. Yer uğrunda mübarizə aparırdıq. Kaş Budapeştdə Valtteri ilə etdiyimiz kimi yer dəyişsəydik. Yəni yol ver. Çatsam keçərəm, keçə bilməsəm, yerini geri qaytararam desəydik. Lakin olmadı. Günün sonunda onsuz da yetərincə tempimiz yox idi. Əsəbimin səbəbi də budur.
Yarışdan sonra Fred otağıma gəldi. Onun çiyninə əlimi qoydum və dedim ki, sakit ol, şişirtmə. Radio ilə daha pis sözlər deyə bilərdim. Başqalarının daha əvvəl dediklərinə baxın. Bəzi şeyləri sancmaq üçün demişdim. Maşında böyük təzyiq altındasınız. Yarış zamanı heç kim nəzakətli danışmır”.
Həmilton yarış mühəndisi Adamiyə “çay fasiləsi ver” deyib. O, buna belə aydınlıq gətirib: “Orada qərar verin, işimizi bilək mənasında dedim. Hamısı bu qədər. Bunu daha əvvəl Şovlinə və Bonoya da demişəm.
Ən azından dedimlərim ailəyə uyğun səviyyədə idi. Bilmirəm nə yazacaqsınız, bəlkə də mənim yekəbaş olduğumu iddia edəcəksiniz. Ancaq mən elə hiss etmədim. Sadəcə dedim ki, artıq qərar verin. Hələ də qazanmaq istəyirəm. Mübarizəçi ruhumdan imtina etməyəcəyəm. Komandada hamı bunu istəyir.
Bolidimizdəki bəzi problemləri həll etdiyimizdə Mercedes və Red Bull-la mübarizə aparacağımıza inanıram. Ümid edirəm ki, tezliklə bu olar. Növbəti yarışa yeniliklər gətirəcəyik və prosesimizi yaxşılaşdırmağa çalışacağıq. Yenidən podium uğrunda mübarizə aparmağı səbirsizliklə gözləyirəm.
Səkkizinci yer yaxşı nəticə kimi görünməsə də, müsbət yöndə düşünürəm. Bu maşında potensial var, ancaq hazırda bunu tam olaraq istifadə edə bilmirik. Çindən bəri performans itiririk.
Performansımız əslində var, amma üzə çıxara bilmirik. Bu problemi həll edənə qədər digər yönlərdə inkişafa çalışacağıq. Keçən yarışa nisbətən daha güclü idim. Düzdür, həftəsonu çətin keçdi. Amma burada vəziyyət yaxşı idi. Williams bu həftəsonu doğrudan da yaxşı performans göstərdi”.




Şərh əlavə et