Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Özümüzə gəlməliyik

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, tezliklə özlərinə gəlməlidirlər.

Kokpit.az xatırladır ki, monakolu sürücü Mayami yarışına 8-ci yerdən başlasa da, virtual təhlükəsizlik maşınından istifadə edərək, finişə 7-ci yerdə çatıb. O, Karlos Saynsı tras üzərində keçib və komanda yoldaşı Lyuis Həmiltonla bir az mübarizə aparıb.

Şarl Lekler əvvəlcə Həmiltonla yaşanan radio problemi barədə fikir bildirib: “Bu gün bu barədə danışmayacağam”.

O, yarışda komandanın istəyi ilə Həmiltonu önə buraxıb və bu barədə belə danışıb: “Təkərlərlə yarışın sonuna qədər getməyi planlaşdırırdım. Karlosun bu qədər yaxın olacağını gözləmirdim. Bütün bu faktorlar vəziyyəti qəlizləşdirdi.

Səkkizinci yer uğrunda mübarizə apararkən geridə qalmaq əsəbpozucudur. Digər faktorlar da əlavə olunanda problemlər lap artır. Radio danışıqları həmişə reallıqları əks etdirmir.

Mən də Lyuisin yerində olsam, eynisini edərdim. Ona qarşı pis hissim yoxdur. Bu yarışdır və hamımız maşını limitlərdə sürməyə çalışırıq.

Bəzi yeni yeniliklər gələcək, amma nə zaman gələcək bilmirəm. Ümid edirəm ki, bizi qabağa aparar”.

Şarl Lekler sonda ev yarışı olan Monako üçün də neqativ fikirlərdə olduğunu deyib: “Təəssüf ki, Monakoda yaxşı maşınla yarışacağımı düşünmürəm”.

Rauf Hacıyev

Şərh əlavə et