Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: İş ciddiyə gələndə podium qazandım

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, Mayami Qran Prisindəki üçüncülükdə razı qalıb.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü yarışa 5-ci yerdən başlasa da, virtual təhlükəsizlik maşını rejimindən istifadə edib və Maks Ferstappenlə komanda yoldaşı Kimi Antonellini qabaqlayaraq, builki növbəti podiumunu əldə edib. 

Corc Rassell: “Buradan podiumla ayrılmaq məni doğrudan da xoşbəxt etdi. Bu həftəsonu mənim üçün çətin keçdi. Həmişə geridən yüksəldim. Ancaq iş ciddiyə düşəndə doğrudan da yaxşı nəticə qazandım. McLaren-i təbrik edirəm, amma bizdən çox üsten deyillər”.

Britaniyalı pilot yarışın sonunda Maks Ferstappeni arxasında saxlayıb. O, bu barədə belə danışıb: “Əslində çox sakit idim. Onu arxamda saxlayan zaman özümü doğrudan da yaxşı hiss etdim”.

Qeyd edək ki, Bu Corc Rassellin Bəhreyn yarışından sonra qazandığı ilk podiumdur. O, daha əvvəl Avstraliya, Çin, Bəhreyn yarışlarını podiumda bitirmişdi.

Rauf Hacıyev

Şərh əlavə et