Kokpit.az xatırladır ki, britaniyalı sürücü yarışa ikinci yerdən başlasa da, ilk döngədə Maks Ferstappenlə mübarizə aparıb və buna görə altıncı yerə geriləyib. Bundan sonra o, rəqiblərini bir-bir keçərək, üçüncü yerə yüksəlib və Maks Ferstappenə hücumlar etməyə başlayıb.
Bir neçə cəhddən sonra Lando Norris niderlandlı sürücünü geridə qoyub və bundan sonra yarışı komanda yoldaşı Oskar Piastrinin arxasında – ikinci yerdə tamamlayıb.
Lando Norris: “Özümü çox yaxşı hiss etmirdim, amma komanda əla iş gördü. Pit-stoplarda çox yaxşı idik. Tempimiz də qüvvətli idi. Öndə idik və bu gözəl hiss idi. Oskar da yaxşı sürdü.
Maks həmişəki kimi yaxşı mübarizə apardı və bunun cəzasını çəkdim. Amma bu işin genetikasında var. Bə deyim bilmirəm. Hücum etməsəm insanlar şikayətlənirlər. Hücum edəndə də onlar yenə şikayətçi olurlar. Yəni ki, nə edim bilmirəm.
Maksla mübarizə belədir – Ya qəza edərsən ya da keçə bilmərsən. Hücum etmək üçün mükəmməl vəziyyətdə deyilsənsə, onu keçmək demək olar ki, mümkünsüzdür. Bu gün yetərincə yaxşı yarışmadım və cəzasını çəkdim. Amma yenə də ikinci yerdən razıyam”.




Şərh əlavə et