Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns: Yatmaq işə yaradı

Williams komandasının sürücüsü Karlis Sayns bildirib ki, həftəsonu ərzində etdikləri səhvlərdən sonra həm komanda, həm də özü yenidən işlərinə köklənə biliblər.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Mayami Qran Prisinin sprint sıralanma turunda 13-cü olmuş və sprint yarışında divara təmas edərək, mübarizəni vaxtından əvvəl dayandırmışdı.

Lakin o, əsas sıralanma turunda özünə gəlib və altıncı yeri tutub.

Karlos Sayns: “Davamlı olaraq “nəyi səhv edirəm” deyə düşünürdüm və bu da məni zehni cəhətdən sarsıdırdı. Sonra mühəndislərimə dedim ki, gəlin hər şeyə sıfırdan başlayaq. Potensialımız var. Bundan sonra 20 dəqiqə yatdım və başqa beyinlə yenidən qayıtdım, çünki bu həftə işlərim yaxşı getmirdi. Öz-özümüzə dedik ki, sıralanma turunda əlimizdən gələni edək və sonda bacardıq.

Çox qeyri-stabil keçən həftədən sonra bu nəticəni qazandığım üçün çox sevincliyəm. Həm əməliyyat cəhətdən, həm də sürmək cəhətdən çox səhv etdik. İki ya da üç sessiya ərzində həm mən, həm də komanda səhvlər edirdik. Öz-özümüzə dedik ki, necə olur ki, bu qədər sürətli olub, bu qədər də səhv edirik? Sonra nir yerda hər şeyə sıfırdan başladıq və sahib olduğumuz potensialı nəhayət ki, göstərə bildik.

Yenidən özümüzğ gəldiyimiz üçün çox sevincliyəm. Birinci sərbəst yürüşlərdəki və əvvəlki sıralanma turundakı potensialı üzə çıxardıq. Maşını altıncı yerə yerləşdirdik və poul alan sürücüdən sadəcə 0.3 saniyə geridəyik.

Pouldan 0.3 saniyə geridə qalırıqsa, deməli bəzi işləri düzgün etmişik. Məncə, bu tras maşınımıza çox uyğundur. Birinci sərbəst yürüşlərdə maşının balansı və ümumi performansı istədiyimiz kimi idi”.

Rauf Hacıyev

Şərh əlavə et