Mayami-2025: Poul Ferstappenindir

Mayami-2025: Poul Ferstappenindir
Miami GP qualifying result
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Mayamidə həftəsonu çox maraqlı və sürprizlərlə başlayıb. Kimi Antonelli sprint yarışının təsnifat mərhələsində zirvəyə qalxıb, qısa yarış isə hamının gözlədiyindən də maraqlı keçib.

Sprint yarışı hava şəraitinə görə gec başladığından, sıralanma turu da 15 dəqiqə gecikdirilib. Bu vaxt tras artıq tamamilə quruyub.

İlk sessiyada hamı Soft təkərlərlə mübarizəyə qoşulub. Elbon pit-leyndə Hacarın qarşısını kəsib və buna görə sonradan xəbərdarlıq alıb. Norris divara sürtünüb, Qasliyə tıxac mane olub. Protokollara 1:26.870-lik nəticə ilə Ferstappen başçılıq edib. Berman, Stroll, Qasli, Alonso və Hülkenberq mübarizəni erkən dayandıran sürücülər olublar.

İkinci sessiyada yenə hamı yumşaq təkərləri seçib. Piastri ilk cəhddində ən yaxşı nəticəni göstərib – 1:26.269. Avstraliyalı sürücü ikinci cəhdinə çıxmayıb, qalanları isə mübarizəni davam etdirib. Həmilton təkərlərini bloklayıb və nəticəsini yaxşılaşdıra bilməyib. Piastrinin dövrəsi ən yaxşı olaraq qalıb. Louson, Duen, Bortoleto, Həmilton və Hacar ilk onluğa düşə bilməyiblər.

Son sessiyada Lekler 17-ci döngədə trasdan çıxıb və dövrəni başa vurmadan geri qayıdıb. Rassell və Norris təkərləri blokladıqları üçün vaxt itiriblər. Ferstappen ilk cəhdində üstün olub, McLaren-dən olan həmkarları onu izləyiblər. Niderlandlı sürücü ikinci cəhdində trasın mütləq rekordunu müəyyən edib – 1:26.204. Norris 17-ci döngədə səhvə yol verib.

Beləliklə, Maks Ferstappen mövsümdə üçüncü, karyerasında isə 43-cü poulunu qazanıb. Sabah yarışa onunla ən öndən əsas rəqiblərindən biri olan Lando Norris başlayacaq. Kimi Antonelli Oskar Piastrini üstələdiyi üçün ikinci cərgədə öndə olacaq, avstraliyalı sürücü isə onun yanından yarışa başlayacaq. Üçüncü cərgə Corc Rassell və Karlos Saynsındır. Aleksander Elbon və Şarl Lekler onların arxasında olacaq, ilk onluğu isə Esteban Okon və Yuki Tsunoda tamamlayır.

Geridə qalan bütün sessiyaların maraqlı keçməsi bizə maraqlı yarış gözləməyə əsas verir. Üstəlik yağış ehtimalının da heç az olmadığını nəzərə alsaq, nikbin yanaşa bilərik. Bütün suallara cavab Bakı vaxtı ilə gecəyarı – 00:00-da başlayacaq yarışda tapılacaq…

Bunları da oxuyun

Şərh əlavə et