L.Norris: Yaxşı formadayam

L.Norris: Yaxşı formadayam
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

McLaren komandasının sürücüsü Lando Norris Sprint yarışındakı qələbəsindən razıdır. 

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Mayamidəki sprint yarışına 3-cü yerdən başlasa da, pouldan başlayan Kimi Antonellinin pis startından istifadə edərək, ikinci yerə yüksəlib. Daha sonra isə trasın quruması ilə öndəki komanda yoldaşı Oskar Piastriyə yaxınlaşıb.

Fernando Alonsonun qəzası isə Lando Norrisə hava və su kimi yarayıb və 27 yaşlı pilot pitə gələrək, Piastrinin önündə trasa qayıdıb. Bununla da Lando Mayamidəki sprint yarışında qələbə qazanıb.

Lando Norris: “Hələlik Mayami Qran Prisi üçün yaxşı formadayam və buna görə də xoşbəxtəm. Bizim tempimiz çox yaxşı idi.

Bu tip yarışlar həmişə çətin olur. Nə vaxt pit etməli olduğunuzu heç vaxt bilmirsiniz. Lyuis kimi pitə erkən girsəniz, bu yaxşı nəticə qazandıra  bilər və yaxşı strategiya ilə qabağa düşərsiniz. . Yaxud da pitə gəlməyib təhlükəsizlik maşınına ümid edə bilərsiniz.

“İki ildir ki, bu strategiyamız yaxşı işləyir, əlbəttə ki, mən bunun bu gün yox, bazar günü olmasını istərdim, amma yenə də xoşbəxtəm. Komanda əla iş gördü.”

Bunları da oxuyun

Şərh əlavə et