Xaotik sprint yarışında Norris qalibdir

Xaotik sprint yarışında Norris qalibdir
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Mayamidə ötmə etmək çətindir. Uzun yarışda buna kömək edən amillər - təkərlərin müxtəlif sürətdə yeyilməsi, strateji fərqlər, ani diqqətsizliklər olsa da, sprint kimi qısa yarışda çox qarşılaşılan hallar deyil.

Sprint yarışına Kimi Antonelli pouldan başlamaq haqqı qazanıb. Sıralanma turunda Piastri ikinci, Norris üçüncü, Ferstappen dördüncü, Rassell beşinci, Lekler altıncı, Həmilton yeddinci, Elbon səkkizinci, Hacar doqquzuncu, Alonso 10-cu yerləri tutublar.

Sprint yarışından əvvəl Mayami trasına yağış yağıb. Buna görə də yarış başlamamış insidentlər də başlayıb. Şarl Lekler trasa çıxən düzülüşə gələn zaman qəza edib və mübarizəni yarış başlamamış dayandırmalı olub.

Yarışın startı isə təhlükəsizlik maşınının arxasında verilib. Lakin sürücülər təhlükəsizlik maşınının arxasında bir neçə dövrə vurduqdan sonra qırmızı bayraqlar çıxıb və pitə yönləniblər.

Yenidən TM arxasında trasa çıxılıb və yerindən start elan edilib. Piastri hücum edərək Antonellini sıxışdırıb, Kimi dördüncü yerə qədər geriləyib və Piastridən şikayətlənib. Lakin stüardlar bunu yarış insidenti hesab ediblər.

Sayns Okona hücumlar edib, lakin Esteban keçilsə də yerini qoruya bilib. Tras quruyub və sliklərə ilk keçən sürücü Tsunoda olub. Onu növbəti dövrədə Həmilton, Stroll və Sayns izləyiblər, daha bir dövrə sonra isə Ferstappen, Antonelli və bir neçə sürücü eyni addımı atıb.

Ferstappen trasa ehtiyatsız buxarılıb və Antonelli ilə toqquşaraq qanadını zədələyib. Buna görə Maksa 10 saniyəlik cəza verilib. Sayns divarla təmas edib və arxa təkəri çıxıb. Norris, Hacar və Okon keçid təkərlərində qalıblar.

Alonsonun qəzası TM-a səbəb olub ki, bu da pit-stop etməmiş sürücülərə sərf edib.

Lando Norris sprintin qalibi olub, Oskar Piastri isə ikinci yeri tutub. İlk üçlüyü Lyuis Həmilton bağlayıb. Maks Ferstappen dördüncü olsa da, verilən 10 saniyəlik cəzaya görə sonuncu yerə yuvarlanıb.

Qısa sprint yarışı gözlənilənlərin əksinə, olduqca maraqlı keçib. Növbədə isə həftəsonunun əsas yarışının start düzümünü müəyyən edəcək əsas təsnifat mərhələsi var. Bizi maraqlı mübarizə gözləyir…

Bunları da oxuyun

Şərh əlavə et