Kokpit.az xatırladır ki, Kimi Antonelli Mayamidəki sprint sıralanma turunda poul qazanıb. Bununla da 18 yaşlı sürücü sprint sıralanma turunda poul qazanan ən gənc sürücü olub. O, ən yaxın rəqibi Oskar Piastrini 0.045 saniyə qabaqlayıb. Corc Rassell isə cəhdinə bir az tez çıxıb və rəqibləri dövrə vurana qədər o birinci yerdə idi. Lakin britaniyalı sürücü yekunda beşinciliklə razılaşıb.
Corc Rassell: “Kimini təbrik edirəm. Doğrudan da əla iş gördü. Bütün gün ərzində çox sürətli və təsiredici idi. Onun adına çox sevincliyəm.
Bu gün bir az çətinlik çəkdim və temp tapmaqla bağlı problem yaşadım. Buna görə də üçüncü sessiyada hamıdan əvvəl trasa çıxmağı seçdim. Düşündük ki, sonlarda sarı ya da qırmızı bayraq çıxsa, üstünlük qazana bilərik. Lakin yekunda beşinci yeri tutduq. Çox yaxşı nəticə deyil. Daha yaxşısını edə bilərdim”.
Şərh əlavə et