Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Mercedes-ə yaxınıq

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, Mercedes-lə templəri yaxındır.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Mayami Qran Prisinin sprint sıralanma turunda Kimi Antonellidən 0.1 saniyə geridə qalaraq, üçüncü olub. Landonun komanda yoldaşı Oskar Piastri isə pouldakı Kimidən 0.045 saniyə geridə qalıb və ikinci yeri tutub.

Lando Norris: “Sıralanma turunda fərqlər yaxın idi. Yaxşı dövrə vurdum və buna görə də şikayətçi deyiləm.

Bugünkü performansımız daha yaxşı səviyyədə olsa da, bəs eləmədi. Bu da bizə Merceses-in nə qədər sürətli olduğunu göstərir.

Oskar və mən bir az geridəyik. Buna görə də sprintdə görəcəyimiz işlər var. Hələ də poul uğrunda mübarizə aparacaq tempimiz var”.

Rauf Hacıyev

Şərh əlavə et