Kokpit.az bildirir ki, ispaniyalı sürücü keçən həftə Aston Martin-in bazasında Ədrian Nyui ilə görüşüb. Buna baxmayaraq ikiqat Dünya Çempionu bu mövsümdən əlini üzüb və Nyuinin onlada növbəti mövsümdə kömək edə biləcəyini düşünür.
Fernando Alonso: “Biz düşündüyümüz qədər rəqabətədavamlı deyilik, amma bilirdik ki, bu mövsüm çətin keçəcək. İndiki maşının problemlərinin bir neçə səbəbi var və həll yolu tapmaqda gecikirik.
Bazada Ədrian ilə nahar etdik. Ümumi mövzular barədə danışdıq. Builki maşını o düzəltməyib. Buna görə də ondan möcüzə gözləyə bilmərik.
2026-cı il mövsümü tamamilə yeni bir başlanğıc olacaq. Qabriel Bortoleto məncə əla performans göstərir. Formula 1-ə öyrəşməsi üçün vaxt lazımdır. Amma çox ağıllı və istedadlı sürücüdür.
Mayami mənim sevimli trasım olmasa da, onların təşkilatçılığına 10 ballıq şkalada 10 bal verirəm. Trasın quruluşu əyləncəli olmasa da, yarışlar üçün əla fürsətlər təqdim edir.
Niyə hələ də yarışıram? Çünki burada özümü çox yaxşı hiss edirəm. Belə olan halda niyə idmandan gedim?”
Qeyd edək ki, Aston Martin komandası geridə qalan 5 yarışda 10 xal toplayıb və çempionatda yeddinci yerdədir. Fernando Alonsonun isə 5 yarışdan sonra xalı yoxdur.
Şərh əlavə et