Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Əvvəlki formamda deyiləm

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, hələ də köhnə formasına qovuşa bilməyib.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü mövsümün ilk 5 yarışından sonda 1 qələbə qazanıb və çempionatda lider Oskar Piastridən 10 xal geridə ikinci yerdədir.

Lando Norris: “Sıralanma turunun birinci və ikinci sessiyasında çox vaxt yaxşı oluram, amma üçüncü sessiyada işlər planlaşdırdığım kimi getmir. Hələ də bəzi şeylər istədiyim kimi deyil. Kiçik detallat olsa da, Formula 1-də bu fərq çox şeyi dəyişdirə bilər.

Komanda problemləri həll etmək üçün çox işləyir, amma mən sadəcə yeniliklərə güvənmək istəmirəm. Öz sürüşüm üzərində işləyirəm.

Oskar bəzi şeylərə məndən tez öyrəşir. Mənim sürüş tərzimə uyğunlaşmaq üçün bəzi ünsürlər çatışmır. Bu da performansıma təsir edir. Lakin hələ mövsümün altıncı yarışındayıq. Özümüzə gəlmək üçün hələ çox vaxtımız var.

Komandada doğrudan da yaxşı ab-hava var. Bu son illərdə McLaren-in ən yaxşı mövsüm başlanğıcıdır.

Piastri ilə münasibətimizə gəldikdə isə o mənimlə mübarizə aparır, mən də onunla. Bu da komandaya əlavə üstünlük qazandırır”.

Lando Norris keçən il Mayamidə karyerasının ilk Formula 1 qələbəsini qazanmışdı: “Burada yaxşı xatirələrim var. Uşaqlıqdan Formula 1-dəki ilk qələbəmin xəyalını qururdum və burada onu qazandım. Ümid edirəm ki, o günləri yenidən yaşayarıq”.

Rauf Hacıyev

Şərh əlavə et