Kokpit.az bildirir ki, bu rəng çaları Red Bull-un “Summer Edition White Peach” növündən ilhamlanıb. Mayami Qran Prisi isə komanda üçün xüsusi sayılır.
Racing Bulls komandasının rəhbəri Piter Bayer: “Keçən il ilk xüsusi rəng çalarımızı burada təqdim etmişdik. O an komandamızın yaradıcı və sərhədləri aşan kimliyini ortaya qoymuşdu”.
Racing Bulls komandasının baş marketoloqu Olli Hyuz: “Bu, Red Bull-un yeni məhsuluna həsr olunmuş ilk rəng çalarıdır. Yay enerjisini Mayamidə əks etdirmək bizim üçün ideal fürsətdir”.
Qeyd edək ki, komandanın işçiləri Mayamidə çəhrayı rəngli xüsusi geyimlər və kombinezonlar geyinəcəklər.
Şərh əlavə et