Mercedes-Benz GLC elektrik krossoveri üzə çıxır

Rauf Hacıyev 30 Aprel 2025, 21:29
Mercedes-Benz GLC elektrik krossoveri üzə çıxır
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

2019-cu ildə Mercedes-Benz EQC krossoveri ayrıca EQ ailəsinin ilk modeli olub. Bununla belə, bir müddət sonra ictimaiyyətin onu qəbul etmədiyi ortaya çıxıb. O, konveyer xəttində cəmi dörd il qala bilib və hətta restaylinqi gözləmədən rüsvaycasına istehsaldan çıxarılıb.

Hazırda alman istehsalçısı onu əvəzləmək üçün yeni elektromobili hazırlayır və şirkətin son strategiyasına əsasən, o, Mercedes-Benz GLC ailəsinə daxil olacaq. Yeni elektrik krossoveri firma kamuflyajında nümayiş etdirilir: şəkillər şirkətin Aryepluqdakı (İsveç) poliqonundakı qış sınaqları zamanı çəkilib. Eyni zamanda, ilk texniki detallar da dərc olunub.

Elektromobil Mercedes-Benz GLC with EQ Technology adlanacaq. Rəngarəng kamuflyaj örtüyü belə onun Mercedes-Benz krossoverlərinin tanış nisbətlərini və üslubunu saxlayacağını, həm də yeni detallar əldə edəcəyini gizlədə bilmir. Məsələn, LED ulduzları olan yeni ön və arxa fənərlər, həmçinin irəli çıxa bilən qapı tutacaqları.

Baqajın qapısının forması kuzovun əsaslı şəkildən yenidən işləndiyindən xəbər verir: ikinci nəsil yanacaqlı GLC cəmi üç il əvvəl debüt edib, odur ki, elektromobil modelin planlaşdırılan restaylinqinin carçısı ola bilər.

Mercedes-Benz GLC with EQ Technology 800 voltluq elektrik sisteminə malik olacaq və 320 kilovatdan çox gücü olan sabit cərəyanlı sürətli şarjı dəstəkləyəcək. Elektrik krossoverinin baza versiyası arxa oxda quraşdırılan yeganə elektrik mühərriki və iki pilləli reduktor ilə təchiz olunacaq. İnventor isə, silikon karbiddən hazırlanıb. Bütün bunlar vahid mühərrik modulunda yığılıb.

4Matic versiyasında ön oxda daha bir elektrik mühərriki quraşdırılıb – bu mühərrik birpilləli reduktora və batareyanın enerjisinə qənaət etmək üçün enerjinin tamamilə söndürməsi funksiyasına malikdir. İki mühərrikin ümumi gücü 489 at qüvvəsinə bərabərdir.

Əyləc sistemində ayrıca gücləndiricini, baş silindri və ESP blokunu birləşdirən innovativ universal moduldan istifadə olunur. Bu, təkcə aqreqatların ölçülərini kiçiltməyə deyil, həm də əyləc pedalının həssas və inamlı şəkildə işləməsinə nail olmağa imkan verir. Bundan əlavə, bütün sistem elektromobilin gücləndirilmiş rekuperasiya sistemi ilə birlikdə işləmək üçün optimallaşdırılıb.

Dartma batareyasının tutumu 94,5 kilovat/saatdır və qrafitlə birləşdirilmiş silikon oksidindən hazırlanmış anod enerji tutumunun artırılmasını təmin etməlidir. Dolu batareya ilə təxmini yürüş məsafəsi ən azı 650 kilometr olmalıdır. İqlimə nəzarət sisteminə inteqrasiya olunmuş standart istilik nasosu da mənzilin artırılmasına xidmət edir.

Mühəndislərin hesablamalarına görə, o, adətən interyerin istiləşməsinə və ya soyudulmasına sərf olunan enerjinin üçdə ikisinə qənaət edəcək. Digər detallar – pnevmatik asqı və tam idarələnən şassini də sifariş etmək mümkündür.

Mercedes-Benz GLC elektrik krossoverinin sınaqları davam edir və onun premyerası sentyabrda Münhendəki IAA sərgisində baş tutacaq. Elektrik krossoveri 2026-cı ilin yazında bazara çıxmalıdır.

(c) Autograph.az

Bunları da oxuyun

Şərh əlavə et