Jeep yeni Compass-ın “üzünü” göstərib

Rauf Hacıyev 27 Aprel 2025, 20:19
Jeep yeni Compass-ın “üzünü” göstərib
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Jeep şirkətinin daxil olduğu Stellantis konserni üçüncü nəsil Compass modelinin yeni şəkillərini yayımlayıb.

Yığcam krossover “təzə” görünüşə sahib olacaq, müxtəlif elektrikləşmə dərəcəsində malik olan bir neçə güc aqreqatını alacaq və ilk dəfə bu yazda Avropada debüt edəcək. Yenilik Şimali Amerikada 2026-cı ildə təqdim edilməlidir, çünki Jeep bu bazardakı “yaşıllaşdırma” planlarını yenidən nəzərdən keçirmək məcburiyyətindədir.

Compass demək olar ki, son 10 ildə ilk dəfə nəsil dəyişəcək: “ikinci” krossover 2016-cı ildə debüt edib və 2021-ci ildə yenilənib. Tizerdən göründüyü kimi, model yeddi kəsikli firma radiator barmaqlığını qoruyub saxlayacaq.

O, Jeep Recon modelindəkini xatırladan kvadrat formalı faraları və mürəkkəb naxışlı arxa LED fənərləri əldə edəcək. Təqaüdə göndərilən modellə müqayisədə, yeni Compass profildən daha çox “monumentaldır” və daha qısa kuzov çıxışlarına malikdir.

Jeep Compass krossoveri Peugeot 3008/5008, Opel Grandland, DS 7 və görünüşü bu yaxınlarda patent şəkillərində açıqlanan növbəti nəsil Citroen C5 Aircross ilə eyni Stellantis STLA Medium platformasını bölüşəcək.

Krossoverin mühərrik çeşidinə hər zövqə uyğun olan güc qurğuları daxil ediləcək: daxili yanma mühərrikləri və hibridlər ilə yanaşı, sırf elektrik mühərrikləri də mövcud olacaqlar. Bəzi versiyalarda tam ötürmə sistemi də əlçatan olacaq. Avropada tərkibinə 136 at qüvvəli benzin və 29 at qüvvəli elektrik mühərriki daxil olan mülayim hibrid qurğulu krossoverin təklif ediləcəyi gözlənilir.

Stellantis Compass modelinin “sinifində ən yaxşı məhsuldarlığa və ən müasir qabaqcıl texnologiyalara” malik olacağını vəd edir. Bu isə, ən qabaqcıl ADAS köməkçi sistemləri deməkdir. Krossover Avropada bu ilin ikinci yarısında satışa çıxacaq. Onun istehsalı İtaliyadakı Melfi zavodunda təşkil ediləcək.

(c) Autograph.az

Bunları da oxuyun

Şərh əlavə et