Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Həyatımı çətinləşdirirəm

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, özü üçün həyatı çətinləşdirir.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü mövsümə yaxşı başlamış və Avstraliya yarışını qazanmışdı. Lakin ondan sonra Norris qələbə üzünə həsrət qalıb və komanda yoldaşı 4 yarışın 3-də qalib gələrək, çümpionatın yeni lideri olub. Hazırda Piastri 99 xalla birinci, Norris 89 xalla ikincidir.

Lando Norris Ciddədəki yarışa 10-cu yerdən başlayıb və sonda dördüncü yeri tutub.

Yarışdan sonra fikirlərini bölüşən 26 yaşlı pilot bunları deyib: “Bu gün əlimdən gələnin ən yaxşısını etdim. Əlbəttə, podiumda olmamaq məyusedici idi. Həyatımı çətinləşdirirəm. Belə yarışda ön qrupda sürmək daha rahat olardı. Artıq sıralanma turunu da yaxşı keçirməliyəm.

Red Bull komandası sıralanma turunda da, yarışda da bizimlə eyni sürətdədir. Sadəcə sərbəst yürüşlərdə sürətliyik deyə insanlar hər şeyi şişirdir. Bu, tamamilə axmaqlıqdır. Yarışın ən sürətlisi böyük ehtimalla Maks idi. Bizim hələ görməli işlərimiz var.

Əlbəttə gördüyümüz işdən razıyam, amma insanlar gözləntilərini yenidən nəzərdən keçirməlidirlər. Maşınımız əladır və ən sürətli ola bilərəm. Sadəcə bu yütərli deyil”.

Rauf Hacıyev

Şərh əlavə et