12 aprel tarixində keçirilməsi planlaşdırılan Bəhreyn Qran-prisi və onun ardınca gələn həftəsonu baş tutmalı olan Səudiyyə Ərəbistanı Qran-prisinin yerinə yeni yarış əlavə olunmayacaq.
Beləliklə, mart ayının sonunda keçiriləcək Yaponiya Qran Prisi ilə may ayının ilk həftəsində baş tutacaq Mayami Qran Prisi arasında beş həftəlik fasilə yaranacaq.
F1 rəhbərliyi aprel ayı üçün alternativ tras variantlarını da nəzərdən keçirib. Lakin logistika və kommersiya çətinlikləri səbəbindən bu planlar həyata keçirilməyib.
Bu səbəbdən Bəhreyn və Səudiyyə Ərəbistanı yarışlarının tarixləri təqvimdə tam boş saxlanılacaq. Həmçinin planlaşdırılan Formula 2, Formula 3 və F1 Academy yarışları da keçirilməyəcək.
F1-in baş icraçı direktoru Stefano Domenicali qərarla bağlı belə danışıb: “Bu qərarı vermək çətin olsa da, Yaxın Şərqdəki mövcud vəziyyəti nəzərə alaraq hazırda ən doğru addımın bu olduğunu düşünürük.
Həmişə olduğu kimi bizi böyük enerji və ehtirasla qarşılamağa hazır olan təşkilatçılara və FIA-ya dəstək və anlayışlarına görə təşəkkür etmək istəyirəm. Şərait imkan verən kimi yenidən onlarla görüşməyi səbirsizliklə gözləyirik”.
FIA-nın prezidenti Mohammed Ben Sulayem isə təhlükəsizliyin prioritet olduğunu vurğulayıb: “FIA hər zaman icmamızın və əməkdaşlarımızın təhlükəsizliyini və rifahını birinci yerə qoyacaq.
Diqqətli qiymətləndirmədən sonra bu qərarı verdik. Bölgədə mümkün qədər tez sabitlik və sakitliyin bərpa olunmasını ümid edirik. Bu hadisələrdən təsirlənən hər kəs üçün dua edirik”.
Bənzər şəkildə FIA World Endurance Championship də mövsümün açılışı kimi planlaşdırılan Qatar 1812 Km yarışını 28 mart tarixindən 24 oktyabra təxirə salıb.
Bundan əlavə MotoGP də Doha Grand Prix yarışını – hansı ki Bahrain Qran-prisi ilə eyni həftəsonuna planlaşdırılmışdı – təxirə salmaq üçün hazırlıqlar aparır.




Şərh əlavə et